Menu

Din alimindən sensasion fitva

18.05.2014, 11:43
Din alimindən sensasion fitva

Ramazan bayramı yaxınlaşdıqca bir sıra din xadimləri tərəfindən müxtəlif fətvalar verilməyə başlayır.

Anspress xəbər verir ki, İranın tanınmış din alimlərindən biri olan Ayətullah Əsədullah Bəyat Zəncani susuzluğa görə oruc tutmayanları sevindirib. Belə ki, din xadimi, iranlı imam internet saytında oruc tutmaqla bağlı maraqlı fitva verib.

O, susuzluğu aradan qaldıracaq qədər su içməyin orucu pozmayacağını vurğulayıb.

"Oruc tutub, lakin susuzluğa taqəti qalmayanlar susuzluqlarını aradan qaldıracaq qədər su içə bilər. Belə bir vəziyyətdə oruc pozulmaz və qəza etməyə də ehtiyac yoxdur" - deyə Ayətullah Bəyat Zəncani bildirib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol