Menu

Baş nazir maliyyə nazirini söydü

04.02.2017, 11:14
Baş nazir maliyyə nazirini söydü

Çexiyanın baş naziri Boquslav Sobotka nalayiq ifadələr işlədərək ölkənin maliyyə naziri Andrey Babişi vergidən yayınmaqda günahlandırıb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Sobotka özünün Faceboook səhifəsində yazıb ki, milyarder Babiş Çexiya dövlətini əsaslı surətdə aldadıb.

Baş nazir “aldadıb” sözünün əvəzinə ana söyüşü yazıb.

Onun sözlərinə görə, maliyyə naziri Agrofert holdinqinin istiqrazlarının dövriyyədən vergi ödəməyib.

Babiş isə öz növbəsində hökumət başçısına mahiyyəti üzrə cavab verməyib, ancaq mənalı sözlərlə fikirlər söyləyib. O, Sobotkaya yeni ünsiyyət formasına keçməsini də təklif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol