AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Təhlükəsizlik Nazirliyi (DTN) Prezident Donald Trampın «immiqrasiya fərmanı»nın icrasını müvəqqəti dayandırıb. Xəbəri «CNN» telekanalı yayıb.
Nazirliyin əməkdaşları ölkəyə gələnlərin qəbulu və yoxlanması barədə standart prosedurları bərpa ediblər. Bu, Vaşinqton ştatının federal hakimi Ceyms Robratın «immiqrasiya fərmanı»nın fəaliyyətini müvəqqəti dayandırmasından sonra baş verib.
Bundan başqa, Dövlət Departamenti bundan əvvəl verilmiş və Trampın məlum fərmanı ilə fəaliyyəti dayandırılmış vizaları yenidən fəaliyyət qabiliyyətli hesab edib. Beləliklə, 60 mindən artıq viza sahibi ABŞ-a gələ bilər.
Prezident Donald Tramp məhkəmənin bu qərarını gülünc adlandırıb. Onun fikrincə, bu, hakimiyyəti kimlərin ölkəyə gəlmək hüququnun olub-olmamasını məsələsini həll etmək hüququndan məhrum edir. Bununla yanaşı, fərman ABŞ-ın iri şəhərlərində kütləvi etirazlara səbəb olub.


Şərhlər