Menu

Çingiz Qurbanovun atası danışdı - “Qusarda dəfn olunacaq...”

05.02.2017, 15:55
Çingiz Qurbanovun atası danışdı - “Qusarda dəfn olunacaq...”

"Şəhid Çingiz Qurbanov Qusarda torpağa tapşırılacaq". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında atası Salman Qurbanov deyib.

O, hazırda Müdafiə Nazirliyinə getdiyini bildirib.

Qeyd edək ki, Ermənistan əsgərləri 2016-cı ilin dekabrın 29-da Azərbaycana qarşı hərbi əməliyyat həyata keçiriblər. Onlar Azərbaycan silahlı qüvvələrinin əsgəri Çingiz Qurbanovu öldürərək cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar.

Xatırladaq ki, Çingiz 1994-cü ildə Qusada anadan olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol