Menu

MALİYYƏ NAZİRİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Səbuhi Məmmədov nazir təyin olunub

07.02.2017, 00:47
MALİYYƏ NAZİRİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU  - Səbuhi Məmmədov nazir təyin olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 fevral 2017- ci il tarixli Sərəncamı ilə Xalid Səməd oğlu İsgəndərov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

Strateq.az "Şərq qapısı" qəzetinə istinadla xəbər verir ki, Ali Məclis Sədrinin həmin tarixli növbəti Sərəncamı ilə Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin olunub.

Səbuhi Məmmədov indiyədək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol