Menu

Tramp NATO-u dəstəkləyəcək - «Sadəcə, xahiş edirik…»

07.02.2017, 11:10
Tramp NATO-u dəstəkləyəcək - «Sadəcə, xahiş edirik…»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp NATO-u qətiyyətlə dəstəkləyəcəyini bəyan edib.

Prezident alyans üzvü olan ölkələri bir daha bloka «tam və lazımi maliyyə töhfəsi» verməyə səsləyib.

Ağ Evin başçısı bəyan edib ki, ABŞ-n yeni administrasiyası «NATO-nu qətiyyətlə dəstəkləyir».

«Biz, NATO-nu qətiyyətlə dəstəkləyirik. Biz, sadəcə, xahiş edirik ki, alyansın bütün üzvləri bloka tam və lazımi maliyyə tövfəsi versinlər» - deyə, Prezident hərbi-hava qüvvələrinin (HHQ) Makdill bazasındakı çıxışı zamanı bəyan edib.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl NATO-u effektsiz olmaqda tənqid edib və onu mənəvi cəhətdən köhnəlmiş adlandırıb, islahata məruz qoyacağını vəd edib. Bundan başqa, Tramp alyans üzvü olan digər dövlətləri təşkilatın saxlanmasına lazımi maliyyə vəsaiti xərcləməməkdə günahlandırıb və bununla da bütün maliyyə yükünü ABŞ-n üzərinə qoymağa üstünlük verdiklərini dilə gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol