Menu

Dövlətlərarası axtarışda olan qadın Gəncədə tutulub

19.05.2014, 11:13

Dövlətlərarası axtarışda olan qadın Gəncədə “ASAN xidmət” mərkəzinə müraciət edən zaman saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, saxlanılan şəxs - Naftalan şəhəri İ.Həsənzadə küçəsi bina 14, mənzil 17-də yaşayan Məmmədova Şəhla Hadı qızı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 293-cü maddəsinin 2-ci hissəsi üzrə (vəzifə səhlənkarlığı) axtarışda olub.

Məlumata görə, Ş. Məmmədova saxlanılaraq Naftalan şəhər Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol