Menu

"Aİ və NATO terrorçuları dəstəkləyir" - Bəşər Əsəd

07.02.2017, 13:47

GTY_bashar_al_assad_damascus_tk_130829_16x9_608Avropa İttifaqı (Aİ) və NATO terrorçuları dəstəkləməklə Suriyanın bərpasında iştirak edə bilməz.

Trend-in məlumatına görə, bunu Suriya Prezidenti Bəşər Əsəd Belçika mətbuatına müsahibəsində deyib.

B.Əsəd qeyd edib ki, belə rol oynamaq, eyni zamanda Suriyanı dağıtmaq olmaz:

"Aİ və NATO lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları - "Cəbhət ən-Nüsra" və İŞİD terror qruplaşmalarını dəstəkləyir. Onlar eyni vaxtda dağıda və bərpa edə bilməzlər. Hər şeydən əvvəl onlar Suriyanın suverenliyi ilə bağlı dəqiq mövqe ortaya qoymalı və terrorçulara dəstəyi dayandırmalıdırlar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol