AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Türkiyəli iş adamları Krım yarımadasında tikinti işləri ilə məşğul olmağı təklif ediblər. Onlar ərazidə yaşayış, ofis, ticarət obyektləri ucaltmağa və bölgə ilə enerji sferasında əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Türk nümayəndə heyəti ilə görüşdən sonra, bu barədə Krım Respublikası İqtisadi İnkişaf Nazirliyinin (İİN) saytında xəbər verilir. Nazirlikdə Türkiyə şirkətlərinə hərtərəfli dəstək veriləcəyini vəd ediblər.
Bundan əvvəl xəbər verilmişdi ki, ötən yay Krımın yeni elit tikililərində mənzillərə tələbat 2015-ci illə müqayisədə 35 faiz artıb.

Şərhlər