Menu

Marqvelaşvilidən çağırış - "Nəticələri tanımayın"

07.02.2017, 16:05
Marqvelaşvilidən çağırış - "Nəticələri tanımayın"

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Cənubi Osetiyada aprelin 9-na nəzərdə tutulmuş prezident seçkilərini və referendumu kəskin tənqid edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dövlət başçısı beynəlxalq ictimaiyyəti seçkilərin və referendumun nəticələrini tanımamağa çağırıb.

G.Marqvelaşvili işğal olunmuş ərazilərdə referendum və seçkilərin keçirilməsini qanunsuz hesab edir:

"Mərkəzi hakimiyyətin razılığı olmadan Gürcüstanın bölgəsinin adının dəyişdirilməsi üçün istənilən cəhd Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək deməkdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol