Menu

Neftdən gəlirimiz 125 milyard dollara yaxınlaşdı

07.02.2017, 16:29

oil_price_041214_2Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2017-ci ilin yanvarın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən verilən məlumata görə, ötən il AÇQ yataqları üzrə fond 5 milyard 100 milyon. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 64 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.01.2017 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 122 milyard 109 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyard 506 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol