Menu

Moldovada NATO-nun ofisi yaradılacaq

07.02.2017, 22:45

Logo_NATO_090707NATO Moldovada əlaqə ofisi açmaqla, bu ölkəyə hərbçi göndərmək niyyətində deyil. Bu, sadəcə, diplomatik missiyadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Alyansın baş katibinin müavini Rouz Getemüller deyib.

Qeyd edək ki, Moldova prezidenti İqor Dodon bundan əvvəl Kişinyovda NATO-nun Əlaqə Bürosunun yaradılmasının əleyhinə olduğunu qeyd edib.

“Bu il Kişinyovda NATO-nun əlaqə üzrə yeni ofisi yaradılacaq. Bu hərbi baza deyil, mülki şəxslərin çalışacağı kiçik bir diplomatik missiyadır. NATO hərbçiləri Moldovaya göndərilməyəcək. NATO-nun ofisləri Moskva, Ukrayna, Gürcüstan kimi digər tərəfdaş ölkələrdə də yaradılmışdır”, - deyə Getemüller Dodonla görüşündən sonra bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol