Menu

Əfqanıstan Ali Məhkəməsinin qarşısında partlayış - 20 nəfər ölüb

08.02.2017, 00:18
Əfqanıstan Ali Məhkəməsinin qarşısında partlayış - 20 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Ali Məhkəmənin binası qarşısında partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, partlayış məhkəmənin parklama meydançasında baş verib.

Məlumata görə, məhkəmə əməkdaşları parklama meydançasında avtobusa minərkən terrorçu-kamikadze avtomobildəki partlayıcı qurğunu işə salıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol