Menu

"Lapşin məsələsinə görə geri çağrılmağım düzgün deyil" - Armen Xaçatryan

09.02.2017, 00:06
"Lapşin məsələsinə görə geri çağrılmağım düzgün deyil" - Armen Xaçatryan

Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan, Minskin Dağlıq Qarabağa qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinlə bağlı tutduğu mövqeyə baxmayaraq, səfirin bu ölkədən demarş olaraq geri çağrılmasını, həmçinin bu kimi addımları düzgün hesab etmir.

"Report" xəbər verir ki, bunu Ermənistanın Belarusdakı səfiri "Azadlıq" radiosunun erməni bürosuna açıqlamasında bildirib.

"Biz diplomatik münasibətləri saxlamalıyıq, çünki bir sıra beynəlxalq təşkilatlarda birgə hərəkət edirik, biz bu vəziyyətdən daha yaxşı çıxış yolu tapmağa çalışmalıyıq", - deyə Armen Xaçatryan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol