Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, insident Qızılavar kəndində qeydə alınıb.
“Ford” markalı yük avtomobili 3 nəfəri vurub. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər