Menu

Donald Tramp: "Qızıma qarşı ədalətsizlik edilib" - FOTOLAR

09.02.2017, 19:08
Donald Tramp: "Qızıma qarşı ədalətsizlik edilib" - FOTOLAR

Nordstrom onlayn riteyler" şirkətinin "İvanka Trump" brendinə aid malların satışını dayandırmaq qərarından sonra Tramp öz tvitter hesabından məsələ ilə bağlı münasibət bildirib. O, "Nordstrom qızım İvankaya qarşı necə də ədalətsiz mövqe tutub. O, çox böyük insandır və məni hər zaman doğru işlər görməyə sövq edir. Dəhşət!" - deyərək fikrini açıqlayıb.

Musavat.com independent.co.uk-ə istinadən xəbər verir ki, Tramp bu tviti paylaşdıqdan sonra "Nordstrom" şirkətinin hissələri 0.5% düşüb, lakin sonradan onlar vəziyyəti toparlayaraq ABŞ riteyler hissələri indeksində üstünlüyü əldə saxlamağı bacarıblar.

Digər tərəfdən tənqidçilər Trampın öz vəzifəsindən ailəsinin maraqlarına görə sui-istifadə etdiyini deyiblər. Respublikaçılar Partiyasından olan keçmiş prezident Corc Buşun hüquqşünası Riçard Peynter (Richard Painter) "Reuters"ə yazdığı elektron məktubunda bildirib ki, bu, prezident administrasiyası tərəfindən açıq-aşkar "Nordstrom" şirkətini "persona-non qrata" elan etməkdir.

"Bu hakimiyyətdən şəxsi maraqlar üçün sui-istifadə etməkdən başqa bir şey deyil" - deyə Riçard Peynter vurğulayıb.

Ağ Evin mətbuat katibi Sin Spayser də (Sean Spicer) də gündəlik keçirdiyi mətbuat konfransında jurnalistlərin bu məsələ ilə bağlı suallarına "Donald Tramp sizi tvitterdə tənqid edirsə, bu, həmişə pis bir şey demək deyil" - deyərək Ağ Evin münasibətini çatdırıb.

Qeyd edək ki, keçən həftə Amerikanın onlayn riteyler şirkəti Nordstorm "İvanka Trump" brendi mallarının yaz mövsümündə satılmayacağını bildirmişdi. Qərarın prezident ailəsi ilə iş görməmək üçün başladılan kampanya ilə əlaqədar olduğu bildirilir.

Lakin riteyler şirkəti brend mallarının satışlarının aşağı düşməsini səbəb göstərib. Nordstorm şirkəti "Aldığımız hər şeydə olduğu kimi biz mövsümdən mövsümə qərar veririk. Bu dəfə isə almamağa qərar verdik" deyib.

"İvanka Tramp" hazırda atasının məsləhətçisidir və öz adını daşıyan qadın ayaqqabıları, geyimlər və çantalar istehsal edən şirkətin sahibidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol