«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə xəbər verib ki, Kuril adalarının «müvəqqəti istifadə üçün» tezliklə Yaponiya hakimiyyəti altına veriləcəyi barədə Yaponiya KİV-nin yaydığı məlumat həqiqətə uyğun deyil.
«Bu informasiyanın mənbəyi bilinmir. O, həqiqətə uyğun deyil» - deyə, Kremlin nümayəndəsi qeyd edib.
Bundan əvvəl Yaponiyanın Baş naziri Sindzo Abe dekabrda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Kuril adalarının cənub hissəsində Rusiyanın hərbi iştirakının möhkəmlənməsindən narahatlığını ifadə etmişdi. O, bütün cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün Rusiya tərəfi ilə danışıqları davam etdirmək niyyətindədir.

Şərhlər