Menu

San-Fransiskoda zəhmətkeş-süpürgəçi ildə 230 min dollar qazanır!

09.02.2017, 22:45
San-Fransiskoda zəhmətkeş-süpürgəçi ildə 230 min dollar qazanır!

San-Fransisko şəhərindəki metropolitenin Pauell-strit stansiyasının süpürgəçisi hər il 230 min dollardan artıq qazanır. Bu barədə «The Sun» nəşri yazıb.

Metro işçisi Lyan Çjao Çjanın bu «nailiyyəti»nin sirri onun qeyri-adi işgüzarlıq qabiliyyəti ilə izah olunur. Üç ildir ki, o, istirahət günü nə olduğunu bilmir, onun iş günü isə sutka ərzində 17 saat təşkil edir. Beləliklə, əsas əmək haqqından (ildə 56 min dollar) əlavə, o, işlədiyi şirkətdən 14 min dollar «mükafat» alır. Onun gəlirinin böyük hissəsi isə - 162 min dollardan artıq - iş vaxtından artıq işləməyə görə, meydana gəlir.

Metroda süpürgəçi işlədiyi 3 il ərzində artıq 680 min dollar qazanıb.

San-Fransiskonun sürət qatarları ilə daşımalar Sisteminin direktoru Roy Ahilera işçinin icraçılıq qabiliyyətini tərifləyib və qeyd edib ki, Pauel-strit stansiyası bomjların sevimli yeri olduğu üçün, burada süpürgəçi üçün hər zaman iş tapılır.

Bəs, bizim metro süpürgəçiləri nə qədər «qazanır»lar? Heç bilməsək yaxşıdır…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol