Menu

Milli Məclisin deputatı Türkmənistanda prezident seçkilərini müşahidə edəcək

10.02.2017, 15:32
Milli Məclisin deputatı Türkmənistanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Milli Məclisinin (MM) deputatı Rüstəm Xəlilov sabah Türkmənistanın paytaxtı Aşqabada səfərə gedəcək.

Bu barədə “Report”a MM-in mətbuat xidmətindən məlumat verilib.

Millət vəkili Türkmənistanda keçiriləcək prezident seçkilərini MDB müşahidə missiyasının xətti ilə izləyəcək.

Digər müşahidəçilərlə bərabər deputat bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.

Səfər fevralın 15-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol