Menu

BAŞÇININ QARDAŞI OĞLUNUN GÜNAHI – Təsdiq edildi + Foto

10.02.2017, 21:13
BAŞÇININ QARDAŞI OĞLUNUN GÜNAHI – Təsdiq edildi + Foto

1441478511_publika.az1431501908ehed-abiyevBir neçə gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyevin bir sürücünü təhqir etməsi və onun xanımının xəstəxanaya düşməsinə səbəb olmasıyla bağlı

Xatırladaq ki, Əhəd Abıyev dünən ölkə.az saytına müsahibə verərək, qardaşı oğlunun heç bir günühaının olmadığını, Ramil Rzayevin ona şər atdığını deyib: "Həmin Ramin Rzayev hamıya şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb. Lənkəran, Masallı, Cəlilabad, Yardımlı bu adamın şərindən beziblər. Adamın bütün məhkəmələrdə adı var. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Hədə-qorxu gəlməyi özünə sənət seçib. Hələ utanmadan görün nə deyir? Deyir ki, guya arvadım qorxub, damarları tutulub və onun damarlarını açmaq üçün əməliyyat etmək lazımdır. Sonra da tələb edir ki, cərrahiyə əməliyyatı üçün 7 min pul olmalıdır. Qardaşım oğluna deyir ki, 2 minim var, 5 minin də sən ver, razılaşaq. Hətta, bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil?

Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra, heç bir fakt tapılmır və həmin Ramin Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol