AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, fevralın 12-də Salonikidə (Yunanıstan) ölkə tarixində ən nəhəng mülki təxliyyə həyata keçiriləcək. Bu, İkinci dünya müharibəsindən qalmış 250 kiloqramlıq bombanın zərərsizləşdirməsi ilə bağlıdır.
«Röyter» agentliyinin xəbərinə görə, bomba yerli yanacaqdoldurma stansiyası tikintisi prosesi çərçivəsində aparılan qazıntı işləri zamanı 5 metr dərinlikdə aşkar olunub.
Bombanın zərərsizləşdirilməsi üçün ətraf rayonlardan 72 min sakini müvəqqəti təxliyyə etmək lazım gələcək. Avtobuslar sakinləri 2 kilometrlik təhlükəli zonadan çıxaracaq və insanlar idman zallarında, stadionlarda və kafelərdə yerləşdiriləcək.


Şərhlər