AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla Sloveniyada görüşməyi mümkün hesab edir.
O, Rusiya və ABŞ arasından yüksək səviyyədə danışıqlar aparmaq üçün bu ölkəni «gözəl məkan» adlandırıb.
Bu barədə Prezident Moskvada Sloveniyalı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib.
«O ki, qaldı Lyublyanaya, bütövlükdə Sloveniyaya, əlbəttə, uyğun təyinatlı dialoqun keçirilməsi üçün əla yerdir. Ancaq bu, təkcə bizdən asılı deyil» - deyə, Vladimir Putin qeyd edib.
Dövlət başçısı əlavə edib ki, bu, bir sıra məsələlərdən asılıdır. Görüşü təşkil etməyə hazır olduğuna görə, Putin Sloveniyalı həmkarına təşəkkür edib.

Şərhlər