Menu

Erməni general Belarusun dəvətindən imtina etdi

11.02.2017, 01:03
Erməni general Belarusun dəvətindən imtina etdi

Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş “meşə tülküsü” ləqəbli general-mayor, ümumermənistan vətənpərvərləri ictimai təşkilatı olan “DOSAAF-Ermənistan”-ın rəhbəri Arkadiy Ter-Tadevosyan Belorus Respublikasındakı tədbirə aldığı dəvətdən imtina edib.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ter-Tadevosyan Belorus DOSAAF-ının 90 illiyi ilə bağlı tədbirdə iştirak etməyəcəyini bildirib. Erməni general bu qərarını blogger Aleksandr Lapşinin Bakıya ekstradiyası ilə bağlı Minskin atdığı addıma cavab olaraq verib.

Özünün Facebook səhifəsində erməni general-mayor Belorus DOSAAF-ından aldığı dəvət barədə məlumatı və təşkilatçılara verdiyi cavabı paylaşıb. Ancaq o, imtina qərarının səbəbini açıqlamayıb. “Hörmətli İvan Vasilyeviç, dəvət üçün sizə təşəkkür edirəm. Ancaq mən Qarabağda olduğum üçün DOSAAF Belorus təşkilatının 90 illiyində iştirak edə bilməyəcəyəm”, Ter-Tadevosyan yazıb.

Qeyd edək ki, Lapşinin Bakıya təhvilinin qarşılığında Ermənistanda anti-Belorus ovqat güclənib, hətta Minskin KTMT-dən çıxarılması təklifi parlamentdə səslənib, Belorus səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Həmçinin Ermənistanın baş nazirinin Belorusa səfəri də təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol