Menu

ABŞ kəşfiyyatı Tramp haqqında qalmaqallı məlumatı təsdiqləyib - CNN-dən şok iddia

11.02.2017, 10:23
ABŞ kəşfiyyatı Tramp haqqında qalmaqallı məlumatı təsdiqləyib - CNN-dən şok iddia

ABŞ xüsusi xidmət orqanları Ağ Ev rəhbəri Donald Tramp haqqında qalmaqallı materialın məzmununu qismən təsdiqləyib.

Modern.az saytının xəbərinə görə, bu haqda CNN telekanalı hüquq-mühafizə orqanları və kəşfiyyat strukturlarındakı anonim mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl “BuzzFeed” portalı Tramp haqqında iddia səsləndirmişdi. İddiada qeyd olunurdu ki, Rusiyada Tramp haqqında kompromat dəlillər var.

ABŞ prezidentinin mətbuat katibi Şon Spayser isə CNN-nin məlumatını təkzib edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol