Menu

Vergilər Nazirliyi ötən ay müraciətlərin 30%-nə mənfi cavab verib

11.02.2017, 10:38
Vergilər Nazirliyi ötən ay müraciətlərin 30%-nə mənfi cavab verib

Bu ilin yanvar ayı ərzində vergi orqanlarına 7 145 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azdır.

Bu barədə “Report”a Vergilər Naziriyindən bildirilib.

Məlumata görə, müraciətlərdən 97,6%-i ərizə, 2,2%-i şikayət, 0,2%-i təklif olub. Bunların 45,9%-ni müxtəlif arayışların alınması, 20,1%-ni kameral vergi yoxlamaları, 12,6%-ni vergi borcları, 2,4%-ni vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4%-ni vergi qanunvericiliyinin tətbiqi, 1,3%-ni səyyar vergi yoxlamaları, 0,8%-ni işlə təmin olunma, 0,5%-ni qəbul, 0,3%-ni vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanlarını isə digər məsələlər təşkil edib.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 194 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol