Menu

Türkiyə ordusu Suriyada 228 terrorçunu zərərsizləşdirib

11.02.2017, 16:09
Türkiyə ordusu Suriyada 228 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində son bir həftədə 228 terrorçu zərərsizləşdirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qurudan və havadan təşkil olunan əməliyyatlarda son bir həftədə İŞİD-in 223, PKK və PYD-nin isə 5 terrorçusu məhv edilib.

Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol