Menu

"Traktorsazi"dən növbəti qələbə

11.02.2017, 18:07

traktorİran çempionatında 21-ci turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, Təbrizin “Traktorsazi” klubu öz meydanında “Zob Ahan”la qarşılaşıb. Görüş Cənubi Azərbaycan klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 41-ə çatdıran “al qurdlar” 2-ci pillədəki yerini möhkəmləndirib. Bir oyun az keçirən “Persepolis” isə 47 xalla liderdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol