Menu

İŞİD terrorçuları 40 dinc sakini edam ediblər

11.02.2017, 18:18
İŞİD terrorçuları 40 dinc sakini edam ediblər

"İslam dövləti” təşkilatının terrorçuları şənbə günü Suriyanın Əl-Bab şəhərində 40 dinc sakini edam ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyi "Əl-Mayadin” telestansiyasına istinadən məlumat yayıb.

Suriya hökümət qüvvələrindəki mənbə bildirib ki, İŞİD yaraqlıları dinc vətəndaşlardan "canlı qalxan” kimi istifadə edirlər.

Qeyd olunur ki, Suriya ordusu Hələbdən 36 kilometr şimal-şərqdə yerləşən Əl-Bab şəhərinin terrorçulardan azad edilməsi üçün əməliyyatlara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol