Menu

İŞİD Əl Babda tam mühasirəyə düşdü

11.02.2017, 18:21
İŞİD Əl Babda tam mühasirəyə düşdü

Suriyada hökumət qüvvələri Əl Bab yaxınlığında olan Ayn Alouşiye yüksəkliyini ələ keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünü etibarlı mənbələrinə istinadən yayıb.

Agentlik bununla İŞİD-in Əl Babdan çıxmaq üçün son yolunun da kəsildiyini bildirib. Üstəlik, Əsəd rejimi Tadifa yaşayış məntəqəsini də ələ keçirib. Bununla da hökumət qüvvələri Əl Babın 1 kilometrliyinə çatıblar.

Qeyd edək ki, Əl Babın böyük hissəsi hazırda Türkiyə ordusu və müxaliflərin əlindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol