Menu

Mehdiabadda yaşayış evində partlayış baş verib

11.02.2017, 21:20

adana_yangin_301116_02Abşeron rayonunda mənzildə partlayış olub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, hadisə fevralın 10-da rayonun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb.

Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış nəticəsində dağıntı olmayıb, evin 20 kvadrat metr sahəsində yanar konstruksiyalar yanıb.

Yanıq xəsarətləri alan ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov xəstəxanaya yerləşdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol