Menu

Azərbaycandan sonra İsrail də ölümcül silahı sınaqdan keçirdi - VİDEO

11.02.2017, 22:33
Azərbaycandan sonra İsrail də ölümcül silahı sınaqdan keçirdi - VİDEO

Fevralın əvvəllərində İsrailin “Israel Aerospace Industries” şirkəti dənizdə yerləşən “Barak-8” zenit-raket kompleksini (ZRK) sınaqdan keçirib.

Virtualaz.org xəbər verir ki, bu barədə upi.com məlumat yayıb.

ZRK-nin sınaqları uğurla keçib. “Barak-8” sistemi bir neçə hədəfi müxtəlif döyüş ssenariləri üzrə məhv etməyi bacarıb.

Mənbəyə əsasən, bu cür sınaqları ilk dəfə ötən ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələri də keçirib. Azərbaycan İsraildən 12 zenit qurğusu və 75 raket alıb.

Mütəxəssislərin fikrincə, “Barak-8” sistemi “İskəndər” raket kompleksini neytrallaşdırmaq iqtidarındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol