Menu

Göyərtəsində 365 nəfərin olduğu təyyarə Ciddədə təcili eniş edib

11.02.2017, 22:41

teyyareLaynerin şassisinin təkərlərindən biri yanmağa başlayıb

“Iraqi Airways” aviaşirkətinə məxsus göyərtəsində 365 nəfərin olduğu təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Əbdül-Əziz adına beynəlxalq hava limanına təcili eniş edib.

“Report” xəbər verir ki, bu barədə yerli “Al Jazeera” qəzeti məlumat yayıb.

Bildirilir ki, laynerin şassisinin təkərlərindən biri uçuş-eniş zolağına toxunduqdan sonra əyləc sisteminin çox qızması səbəbindən yanmağa başlayıb. Hadisə nəticəsində bütün sərnişinlər uğurla təxliyə edilib. Yanğın dərhal söndürülüb.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol