Menu

İran ağuşunu Rusiya uçaqlarına açır!

12.02.2017, 00:03

qiriciAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İran özünün hava məkanını Rusiyanın hərbi təyyarələrinə açmağa razılıq verib.

Hələlik bu razılaşma Rusiyanın terrorçu qruplaşmalara qarşı əməliyyatlarına nəqliyyat dəstəyi verən hərbi-nəqliyyat uçaqlarına aid ediləcək, qalanı isə zaman məsələsidir…

Ötən yay xəbər yayılmışdı ki, Rusiya Suriyadakı silahlılara zərbələr endirmək üçün İranın Həmədan hərbi bazasından istifadə edib. Orada Rusiyadan uçan strateji bombardmançı təyyarələr eniş etmişdilər. Amma nəticə etibarilə, sonradan bu bazaya Rusiya hərbçilərinin girişi qadağan edildi. Bu qadağa Rusiyanın İran bazasından istifadəsi barədə məlumatların KİV-ə sızmasından sonra baş verdi.

Beləliklə, bir daha açıq-aşkar görsənir ki, İran adlı molla hakimiyyəti ağuşunu ixtiyari küçə itinə belə, açmağa hazırdır, bir şərtlə ki, bu «it» Türkiyəyə hürsün…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol