Menu

Bakıda solmuş çəmənliklər rənglənir - VİDEO

11.02.2017, 23:27
Bakıda solmuş çəmənliklər rənglənir - VİDEO

Paytaxt Bakıda yol kənarlarındakı yaşıl ot örtükləri qış mövsümünün gəlişi ilə solub. Aidiyyatı qurumlar isə solmuş otu rəngləməyə başlayıb.

Yol boyu kilometrlərlə uzanan yaşıllıqlara nəzarət edən "Bakı Abadlıq Xidməti" MMC iki gündür bu işlə məşğuldur.

MMC rəhbərliyinin göstərişi ilə saralan otların boyanmasına başlanılıb. Heydər Əliyev prospekti boyunca uzanan ot örtükləri yaşıl boya ilə rənglənir. (“Yeni Müsavat”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol