Menu

Əfqanıstanda 33 İŞİD terrorçusu məhv edilib

12.02.2017, 12:05
Əfqanıstanda 33 İŞİD terrorçusu məhv edilib

Əfqanıstanın hüquq-mühafizə orqanları sutka ərzində ölkənin şərqində yerləşən Nanqarhar əyalətində hərbi əməliyyatlar zamanı 33 İŞİD terrorçusunu məhv ediblər.

"Report" xəbər verir ki, bu barədə yerli məmurlara istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

Eyni zamanda, daha 12 terrorçunun yaralandığı bildirilir.

Əməliyyatlar zamanı, həmçinin silah-sursat və bir neçə əldəqayırma partlayıcı qurğu götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol