Türkiyə ordusu terrorçuların 207 obyektinə zərbə endirib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasının 207 obyektinə zərbə endirib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının "Fərat qalxanı" əməliyyatlarının 173-cü günü üzrə yaydığı məlumatda bildirilir.
Ümumilikdə 42 terrorçu zərərsizləşdirilib.
Silahlı Qüvvələr 174, aviasiya isə 33 İŞİD obyektinə zərbə endirib.


Şərhlər