Menu

ABŞ-da yüzlərlə qeyri-leqal immiqrant saxlanıldı

12.02.2017, 13:48
ABŞ-da yüzlərlə qeyri-leqal immiqrant saxlanıldı

ABŞ-da qeyri-leqal immiqrantların saxlanılması istiqamətində reydlər keçirilib. Federal İmmiqrasiya Xidmətinin agentləri dörd ştatda yüzlərlə qeyri-leqal immiqrantı saxlayıblar.

ABŞ immiqrasiya və gömrük qanunvericiliyinə nəzarət və riayət bürosunun məlumatına əsasən, immiqrasiya xidmətləri tərəfindən müvafiq hüquqi tədbirlər Atlanta, Nyu-York, Çikaqo, Los-Anceles və s. şəhərlərdə həyata keçirilib. Büro saxlanılan şəxslərin ümumi sayını açıqlamasa da, Atlanta və Los-Ancelesdə yerli ofislər müvafiq olaraq, 200 və 161 qeyri-leqal immiqrantın saxlanılması barədə məlumat verib.

AzərTAc bildirir ki, bu reydlər prezident Donald Trampın fərmanlarının nəticəsi deyil, ABŞ-da qeyri-leqal immiqrasiyanın qarşısının alması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol