Menu

Hamburq aeroportunda 50 nəfər zəhərlənib

12.02.2017, 17:42
Hamburq aeroportunda 50 nəfər zəhərlənib

Hava limanı terminallarında olan insanlar dərhal təxliyə edilib

Almaniyanın Hamburq şəhər hava limanında havalandırma sistemindən naməlum maddənin sızması nəticəsində 50-dən çox insan zərər çəkib.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar aeroport terminallarında olan insanlar dərhal təxliyə edilib, hava əlaqəsi dayandırılıb, aeroportun özü isə bağlanıb.

Hazırda mütəxəssislər sızan maddənin tərkibini müəyyən edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol