"Rəsul Rəsulzadəyə məktub" kitabının üz qabığı, Nəcibə Bağırzadə, Bakı, Azərbaycan
AzadlıqRadiosunun “İz” proqramının bu sayı cəmi 24 yaşında repressiya qurbanına çevrilən Rəsul Rəsulzadəyə həsr olunur.
Veriliş yazıçı-jurnalist Nəcibə Bağırzadənin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin böyük oğlu Rəsulun xatirəsinə yazdığı “Rəsul Rəsulzadəyə məktub” kitabının təqdimatından hazırlanıb.
-Rəsulun hansı özəllikləri vardı?
-Rəsul harda çalışırdı və nədən işindən xaric edildi?
-37-ci ildə axtarışa gələn NKVD-çilər Rəsulzadənin Bakıdakı mənzilində nə tapdılar?
-Bugünlərədək gəlib çıxan siyahıda nələr var?
-Sürgündə olan ana Ümbülbanu oğul həsrətinə nə qədər dözdü?
-Sənədlərdə Rəsulun qətli haqqında nə yazılıb?
-Və nəhayət, 1938-ci il martın 5-dən 6-na keçən gecə güllələnən Rəsulun taleyini Məhəmməd Əmin bəy düz 17 il sonra-1955-ci il martın 6-da necə təkrarladı?
Fevralın 12-də saat 23-də “Rəsula məktub”un izinə düşün!..
Yalnız və yalnız Məhəmməd Əmin Rəsulzadənin oğlu olduğundan, cəmi 24 yaşında güllələnən Rəsulun əziz ruhunu bu “İz”də yad edin...


Şərhlər