Menu

«Fransa vahid Avropa valyutasından imtina etməlidir» - Marin Le Pen

13.02.2017, 12:55
«Fransa vahid Avropa valyutasından imtina etməlidir» - Marin Le Pen

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa «Milli cəbhə» partiyasının lideri Marin Le Pen bazar günü «Europe 1» radisunun efirindən bəyan edib ki, Fransa vahid Avropa valyutasından imtina etməlidir, çünki bu avro-siyasi silah ölkəni suverenlikdən məhrum edir.

«Böyük şirkətlər yeganə subyektlərdir ki, avrodan çıxmağın əleyhinə çıxış edirlər. Bu valyuta təkcə onlara sərfəlidir» - deyə, siyasətçi qeyd edib. Le Pen deyib ki, prezident seçkilərində qalib gələcəyi təqdirdə, avrodan imtina və Fransa frankını emissiya etmək niyyətindədir.

«Mən bu vahid valyuta ilə özümün iqtisadi vətənpərvərlik, ağıllı proteksionizm və reindustriallaşdırma mahiyyətli layihəmi reallaşdıra bilmərəm, çünki bu valyuta təkcə iqtisadi əyləc, yeni iş yerlərinin açılmasına maneə yox, həm də siyasi silahdır» - deyə, siyasətçi əlavə edib.

Le Pen qeyd edib ki, vahid valyuta Avropa bürokratizmi tərəfindən Avropa İttifaqı ölkələrinə daim təzyiq vasitəsi kimi istifadə olunur: «Mən, istərdim ki, fransızlar bunu anlasınlar: avro - təkcə valyuta deyil, həm də siyasi silahdır və müxtəlif ölkələri şantaj etmək məqsədinə xidmət göstərir…»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol