Menu

Rusiyada yenə içkidən zəhərlənmə - 3 ölü

14.02.2017, 10:53
Rusiyada yenə içkidən zəhərlənmə - 3 ölü

Rusiyanın Amur ətrafı vilyətində 3 nəfər spirt tərkibli metanol icdikdən sonra dünyasını dəyişib. Trend xəbər verir ki, vilayətin Skovorodin xəsətəxanasından verilən məlumata görə, fevralın 11-də 1973 və 1967-ci il təvəllüdlü iki nəfər şəxs koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq onların həyata qaytarmaq mümkün olmayıb.

Bundan başqa, həmin gün yaşayış evlərindən birində 1991-ci il təvəllüdlü bir qadının da cəsədi aşkarlanıb. Onun da ölümündən qabaq spirt tərkibli metanol içdiyi bildirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol