Menu

Dolların hərrac öncəsi “qara bazar”da və banklarda qiyməti

14.02.2017, 11:03

163627226“Qara bazar”da dollar neçəyədir?

Fevral ayının 14-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Bu gün səhər saatlarında dollar alışı 1.72 manata, satışı isə 1.75 manat olaraq qalıb.

Qeyd edək ki, ötən fevral ayının 10-u ilə müqayisədə ötən gün dolların “qara bazar”da alqı-satqısı 1,7- 2,9% bahalaşmışdı.

Banklar dolları daha da bahalaşdırır

Bu gün fevralın 14-də Mərkəzi Bank dolların məzənnəsini stabil saxlamasına baxmayaraq banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur.

Səhər saatlarında 1 dollar 1.5300 manatdan yüksək alınır, 1.7600 manatdan baha satılır.

Dünən dolları 1.6000 manata alıb, 1.7310 manata satan “Accessbank” bu gün 1.6300 manata alır, 1.7600 manata satır.

“Nikoil Bank” dünən 1 dolları 1.6300 manata alırdı, 1.7500 manata satırdı. Bu gün isə 1.6800 manata alır, 1.7800 manata satır.

“Turanbank” həmçinin alışı 1.6000 manatdan 1.6700 manata qaldırıb.  /Fins.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol