Menu

Prezidentin Çinə səfəri nə vəd edir? - Vəfa Quluzadənin şərhi

20.05.2014, 16:59
Prezidentin Çinə səfəri nə vəd edir? - Vəfa Quluzadənin şərhi

“Amerika və Avropa Azərbaycan qazını Rusiyanın monopoliyasını sındırmaq üçün istifadə etmək niyyətindədir”

“Azərbaycan çətin vəziyyətdə qalıb”. Bunu AzPolitika.info-ya açıqlamasında politoloq Vəfa Quluzadə Prezidentin Çin səfərinin Azərbaycana hansı dividentlər qazandıracağı haqqında danışarkən deyib.

Prezident İlham Əliyev Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq Müşavirəsi forumunun sammitində iştirak etmək üçün Çinə səfərə gedir. Sammit mayın 21-də keçiriləcək. Gözlənilir ki, Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq Müşavirəsinin IV sammitində 46 dövlətin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək.

Vəfa Quluzadənin sözlərinə görə, Amerika və Avropa Azərbaycan qazını Rusiyanın monopoliyasını sındırmaq üçün istifadə etmək niyyətindədir:

“Rusiya bunun tamamilə əleyhinədir. Deməli Azərbaycan öz qazını Rusiyaya versə, Rusiya bu qazı yüksək qiymətlə almağa hazırdır. Lakin Amerika ilə Qərb narazı qalacaq. Əgər əksinə, Azərbaycan qazını Qərbə versə, bu dəfə də Rusiya narazı qalacaq. Çinin də Azərbaycanın qazına böyük ehtiyacı var. Ona görə də, Çinlə əməkdaşlıq müəyyən mənada Azərbaycan üçün çıxış yolu hesaboluna bilər. Lakin mən bunu çıxış yolu hesab etmirəm. Çünki Azərbaycan qazını Çinə satmış olsa, Rusiya razı qalacaq, amma Qərb yox. Azərbaycan burada özünü neytral göstərmək istəyir. O, nə Rusiyaya, nə də Avropaya qaz vermədiyini nümayiş etdirməlidir. Amma bunu gizlətmək mümkün olmayacaq. Çünki bunun mahiyyəti aydındır. Lakin Çinlə əməkdaşlığımız sözsüz ki, bizim xeyrmizədir. Çin bu gün dünyanın ABŞ-dan sonra ikinci super dövlətidir. Yəni Azərbaycan-Çin münasibətlərinin yaxşılaşması olduqca vacibdir”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol