Menu

Lənkəranda 4 otaqlı ev yanıb

14.02.2017, 21:50

fhn_car_141016Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin mansardının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol