Bakı Ağır Cinayətlər Məhkəməsində “Avesta” Konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparan Fizuli Nəbiyev və Əlizamin Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək özlərini təqsirli bildiklərini deyiblər.
Proses mayın 27-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il dekabrın 6-da Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə gediblər.
Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.
Onlar Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) təqsirli bilinir.
Onu da qeyd edək ki, "AzPolituka.info"-ya daxil olan məlumata görə, polisin operativ fəaliyyəti nətiəsində şirkətin mühafizəçisi Füzuli Nəbiyev tərəfindən pullar tam şəkildə geri qaytarılıb. Buna baxmayaraq “Avesta” Konserninin prezidenti Haçı İbrahim şikayətini geri götürməyib.
Vaqif
AzPolituka.info


Şərhlər