Menu

Pakistanda terror hücumu nəticəsində 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb

16.02.2017, 21:57
Pakistanda terror hücumu nəticəsində 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb

Pakistanın cənubunda yerləşən Sind əyalətində törədilmiş terror aktı nəticəsində azı 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb.APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze insanların axşam namazı qılmaq üçün toplaşdığı məscidə girərək üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol