Menu

Azərbaycan müdafiə naziri Moskvaya gedir

21.05.2014, 09:55
Azərbaycan müdafiə naziri Moskvaya gedir

Zakir Həsənov Rusiya və İran müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə mayın 23-24-də Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Z. Həsənovun S. Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol