Menu

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “referendum”u tanımadığını bildirdi

17.02.2017, 19:44
Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “referendum”u tanımadığını bildirdi

“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır”.Bu barədə Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan "referendum"la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: “Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol