«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pensin Donbasla balğı səsləndirdiyi bəyanat Kiyevi hərbi gücdən istifadəyə təhrik edə bilər. Onun sözlərinə görə, bu, təhrikedici bir çağırışdır. Xəbəri «İnterfaks» agentliyi yayıb.
Münhen təhlükəsizlik konfransında ABŞ-n vitse-prezidenti Mayk Pens bu gün bəyan edib ki, Ukraynanın şərqində yaşanan silahlı münaqişəyə görə, Rusiya məsuliyyət daşıyır. O, qeyd edib ki, Moskvanın Minsk razılaşmasını yerinə yetirməsi üçün Vaşiqnton hər şeyi edəcək.


Şərhlər