«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko Rusiya Federasiyasının Prezidenti Vladimir Putini Ukraynaya nifrət etməkdə günahlandırıb.
Münhen təhlükəsizlik konfransında Poroşenko bəyan edib ki, Rusiya lideri Ukrayna xalqının mövcudluğunu inkar edir: «Ukraynanın «günahı» isə ondan ibarətdir ki, o, müstəqil yaşamaq istəyir və buna görə də Rusiya onu gəzalandırmağa çalışır».
Bildirək ki, Rusiyanın Prezidenti Vladimir Putin Münhen forumuna gəlməyib. Tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edir.

Şərhlər